NATO İraqdakı hərbçilərinin sayını səkkiz dəfə artırır

NATO müdafiə nazirləri videokonfrans formatında keçirilən iclasda alyansın İraqdakı hərbçilərinin sayının artırılması barədə qərar qəbul edib.

“Report”un məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında bəyan edib.

“İraqdakı missiyamızın sayını 500 nəfərdən 4 min nəfərə qədər artırmaqla bağlı qərar verdik. Bu, bir neçə ay ərzində, mərhələli şəkildə həyata keçiriləcək. NATO hərbçiləri təlim statusunu qoruyacaq, döyüş əməliyyatlarında iştirak etməyəcək”-deyə, Stoltenberq vurğulayıb.

Baş katib əlavə edib ki, NATO-nun İraqdakı genişləndirilmiş missiyasına rəhbərliyi Danimarka edəcək.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09