Mosulun şərq hissəsinin 70-80 faizi azad olunub

Bakı. 12 yanvar. REPORT.AZ/ İraq ordusu İŞİD terror qruplaşmasının nəzərəti altında olan Mosul şəhərinin şərq hissəsinin 70-80%-ni azad edib.

"Report" xəbər verir ki, bu bəyanatla çərşənbə günü brifinqdə ABŞ-ın İraq və Suriyada İŞİD-ə qarşı əməliyyat aparan qoşun qrupunun nümayəndəsi polkovnik Brett Silvia çıxış edib.

Onun sözlərinə görə, şəhər uğrunda mübarizə davam edir və Mosulun qərb hissəsində hələ böyük döyüşlər onları gözləyir.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12