Moskvada 250 nəfər anonim bomba xəbərdarlığı zəngi ilə əlaqədar təxliyə edilib

Bakı. 15 yanvar. REPORT.AZ/ Moskvanın Leninqrad şosesində fəaliyyət göstərən bazardan 250 nəfər bomba xəbərdarlığı ilə bağlı anonim zənglə əlaqədar təxliyə edilib.

"Report" xəbər verir ki, bu barədə "İnterfax" hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, polisə Leninqrad bazarı ərazisində partlayıcı maddə barəsində məlumat daxil olub. Hazırda bazardan təxminən 250 nəfər köçürülüb.

Ərazidə kinoloqlar və hüquq-mühafizə orqanlarının əməkldaşları işləyir.  

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10