Monqolustan Baş naziri istefa verib

Monqolustan hökumətinin başçısı Qombojavın Zandanşatar vəzifəsindən azad edilməsi barədə ərizə verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə onun baş katibi Yanquuqiyn Sodbaatar məlumat verib.

"Bu gün Monqolustan Xalq Partiyası Şurasının iclasında qlobal vəziyyətlə əlaqədar ölkədəki sosial-iqtisadi vəziyyət və parlamentin fəaliyyətinin dayandırılması ilə bağlı problemlər müzakirə edilib. İclasda Baş nazir Qombojavın Zandanşatar öz təşəbbüsü ilə istefa ərizəsi verib", - o deyib.

Şura Zandanşatarın istefa ərizəsini qəbul edib. Partiyanın fraksiyası bu məsələni qanuna uyğun şəkildə müzakirə edəcək.

"Qərar plenar iclasda parlament komitələrinin və deputatların müzakirəsinə çıxarılacaq", - Sodbaatar əlavə edib.

Digər xəbərlər