Bakı. 25 dekabr. REPORT.AZ/ ABŞ-ın Missisipi ştatının Viksberq şəhərindəki restoranlardan birində atışma baş verib.
“Report” xəbər verir ki, bu barədə "WJTV 12 News" telekanalı məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün təhlükə yoxdur.
Telekanalın məlumatına görə, baş verən hadisə ilə bağlı ifadə vermək üçün 21 yaşlı Denzel Uotts saxlanılıb.