Misir və BMT-nin nümayəndə heyəti Qəzza sektoruna səfər edəcək

Bakı. 13 noyabr. REPORT.AZ/ Misir və BMT-nin nümayəndə heyəti sabah Qəzza sektoruna səfər edəcək.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Səfərin əsas məqsədi İsrailin fələstinli radikalların raket atmasına cavab olaraq ardıcıl ikinci gündür Qəzza sektoruna havadan zərbələr endirməsiylə gərginliyin kəskin artması şəraitində fələstinliləri və israilliləri atəşkəsə qayıtmağa razı salmaqdır.

Öz növbəsində, Fələstinin FƏTH hərəkatının nümayəndəsi Üsəma əl-Kavasmi bildirib ki, Qəzza sektorunda vəziyyət son dərəcə qeyri-sabit və çox təhlükəlidir.

O, fələstinlilər və israillilər arasında əsas vasitəçi kimi Misirin Qəzzada İsrailin təcavüzünü dayandırmaq səylərində uğur əldə edəcəyinə ümidvar olduğunu qeyd edib. 

Xəbər lenti