ABŞ-ın Miçiqan ştatında baş vermiş fırtına nəticəsində azı 5 nəfər ölüb.
Bu barədə “Report” yerli “MLive” xəbər portalına istinadən xəbər verir.
“Onlar həm yol-nəqliyyat hadisələri, həm də ağacların evlərin üzərinə aşması nəticəsində vəfat ediblər”, - məlumatda deyilir.
Qeyd olunur ki, bəzi rayonlarda küləyin sürəti saatda 128 kilometrə çatıb.