Ermənistan perspektivdə Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirməyi nəzərdə tutur.
"Report" xəbər verir ki, bu barədə Metsamor Atom Elektrik Stansiyasının (AES) baş direktoru Eduard Martirosyan Moskvada keçirilən 9-cu "Rusiya Enerji Həftəsi" forumunda çıxış edərkən bildirib.
"Ermənistan qonşu ölkələr - İran və Gürcüstanla, perspektivdə isə Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir", - Ermənistan mediası onun sözlərini sitat gətirir.
Direktor qeyd edib ki, atom energetikası Ermənistan üçün strateji əhəmiyyət kəsb edir və ölkə Metsamor AES-in istismar müddətinin uzadılması üçün səylərini davam etdirmək niyyətindədir.
"Biz stansiyanın istismar müddətini uzatdıq və düşünürəm ki, bu iş yaxın bir neçə ildə də davam edəcək", - Martirosyan deyib.