ABŞ-nin "George H.W. Bush" təyyarədaşıyan gəmisi Ərəbistan dənizinə qayıdıb

Amerikanın "George H. W. Bush" aviadaşıyıcısı Tailanda səfərindən sonra Yaxın Şərqdə əməliyyatları davam etdirmək üçün Ərəbistan dənizinə qayıdıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində bildirib.

"George H. W. Bush" bu yaxınlarda Tailanda etdiyi səfərdən sonra Ərəbistan dənizində patrul xidməti aparır. Aviadaşıyıcının heyəti və göyərtəsində olan ümumi sayı 5 min nəfərlik şəxsi heyət planlı yerləşdirmə çərçivəsində Yaxın Şərqdə CENTCOM-un əməliyyatlarında iştirak etməyə davam edir", - məlumatda bildirilib.

Digər xəbərlər