İraqda ilk dəfə Türkman Cəbhəsinin lideri nazir olub

İraq parlamentində boş nazir vəzifələri üçün seçki keçirilib.

"Report" xəbər verir ki, ilk dəfə İraq Türkman Cəbhəsinin (İTC, İraq türkmanların siyasi birliyi) sədri nazir vəzifəsinə seçilib.

Belə ki, İTC lideri Mehmet Səman Ağa dövlət naziri (Müəyyən bir sahəni və ya departamenti tam şəkildə idarə etməyən, adətən, hökumət tərkibində xüsusi tapşırıqları yerinə yetirən yüksək rütbəli şəxs - red.) olub.

M.S. Ağa həm də Kərkük qubernatorudur. O, bir əsr sonra bu vəzifəyə seçilən etnik türkman kimi də tarixə düşüb. Yen dövlət nazirinin qubernatorluqdan isteda verməsi gözlənilir. Bununla belə, onun yerinə qubernator yenidən türkmanlar arasından seçiləcək.

Digər xəbərlər