Meksikada partlayışlar zamanı 10 nəfər xəsarət alıb

Meksikanın Tultepek və Zumpanqo şəhərlərində iki ayrı atəşfəşanlıq emalatxanasında baş verən partlayışlar nəticəsində 10 nəfər xəsarət alıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, partlayışlar zamanı xəsarət alanların 6-sı polis əməkdaşlarıdır. İlk partlayış Zumpanqoda baş verib və bir nəfər yaralanıb.

Bundan qısa müddət sonra Tultepekdəki başqa bir atəşfəşanlıq emalatxanasında ikinci partlayış baş verib. Sexdə baş verən hadisə zamanı 6-sı polis olmaqla 9 nəfər yaralanıb.

Aidiyyəti orqanlar partlayışlarla bağlı araşdırmanın başlandığını bildiriblər. Qeyd edilir ki, hadisələrin baş verdiyi sexlər qanuni fəaliyyət göstərir.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10