Latviyada dronlara nəzarət üçün dövlət sistemi yaradılacaq

Latviya hakimiyyəti pilotsuz uçuş aparatlarının və ya dronların uçuşlarına nəzarət və monitorinq sistemi yaradır.

"Report" xəbər verir ki, bu barədə "Delfi" portalı məlumat yayıb.

Layihə meneceri İvet Kanzenin sözlərinə görə, bu, dron uçuşlarının təşkilini gələcəkdə daha effektiv idarə etməyə kömək edəcək vahid məlumat sistemi olacaq.

Digər xəbərlər