Las-Veqasda məktəb həyətində atışma olub, 1 şagird ölüb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Çərşənbə axşamı ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərinin Kanyon Sprinqs orta məktəbinin qolf meydançası baş verən atışma nəticəsində şagirdlərdən biri ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Bildirilir ki, məktəbə giriş-çıxış bağlanıb. Müəllim və şagirdlərə binalarda qapıları bağlamaq və içəri kənar şəxs buraxmamaq tövsiyyə edilib.

Hadisənin başqa təfərrüatları məlum deyil.

Faktla bağlı hələ ki, heç kim saxlanılmayıb.

Digər xəbərlər