ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya-Ukrayna münaqişəsi nizamlandıqdan sonra döyüşlərin yenidən başlamasının qarşısını almağa imkan verəcək Avropa təhlükəsizlik arxitekturasının yaradılması üzərində işləyir.
"Report" xəbər verir ki, bunu ABŞ liderinin kürəkəni Cared Kuşner "X" sosial şəbəkəsində bildirib.
"Prezident Trampın tapşırığı ilə biz davamlı sülhə nail olmağın yollarını fəal şəkildə axtarırıq. Diqqətimizi yalnız bu dəhşətli müharibənin dayandırılmasına deyil, həm də döyüş əməliyyatları başa çatdıqdan sonra onların yenidən başlamamasını təmin etmək üçün zəruri olan daha geniş təhlükəsizlik arxitekturasına yönəltmişik", – o yazıb.