Kolumbiya rəsmən Narkokartellərlə mübarizə üzrə Amerika ölkələri Koalisiyasına (A3C) qoşulub.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset "X" sosial şəbəkəsində bildirib.
"Kolumbiya rəsmən Narkokartellərlə mübarizə üzrə Amerika ölkələri Koalisiyasına qoşulur. Bu gün Panama-Sitidə müdafiə naziri Xorxe Mora ilə görüşərək ABŞ və Kolumbiya arasında müdafiə sahəsində əməkdaşlığın yeni mərhələsinin əsasını qoydum", - Heqset yazıb.