Kiyevə gecə hücumları nəticəsində iki nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko məlumat verib.
Onun sözlərinə görə, pilotsuz uçuş aparatlarının qalıqlarının düşməsi nəticəsində iki yaşayış binasının pəncərələri zədələnib, iki qadın yaralanıb: onlardan biri xəstəxanaya yerləşdirilib, digərinə isə yerində yardım göstərilib.
Bundan başqa, PUA qalıqları mülki obyektlərin, o cümlədən ticarət mərkəzi, uşaq bağçası, ofis binaları və parklanma yerinin yaxınlığına düşüb.