Ukrayna paytaxtı Kiyevə oktyabrın 19-da Rusiya ordusu tərəfindən müxtəlif tipli raketlərdən və reaktiv dronlardan zərbələr, gecədən gündüz yerli vaxtla saat 10:00-a qədər davam edib.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, əsasən zərbələr bu dəfə Kiyevin Darnitski və Solomenski rayonlarına olub.
Gündüz saatlarına olan məlumata görə, təkcə paytaxt Kiyevdə iki nəfər ölüb, 8 nəfər yaralanıb. Bununla belə ölən və yaralıların sayının artması ehtimal olunur. Dağıntılar altında axtarışlar davam edir.
Kiyevdən başqa Çerniqov, Poltava, Jitomir və Vinnitsa vilayətləri də bu gün zərbələrə məruz qalıblar.