Fələstinin HƏMAS hərəkatının radikallarının əlində olmuş azad edilmiş girovların altıncı qrupu Qəzza zolağı ilə sərhəddə yerləşən “Rəfah” keçid məntəqəsinin Misir tərəfinə çatdırılıb.
“Report” xəbər verir ki, bu barədə “Extra News” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, misirli həkimlər fələstinli məhbusların mübadiləsi üçün İsraillə razılaşma əsasında azad edilmiş keçmiş girovların bəzilərini müalicə edirlər.