Hindistan və Pakistan hakimiyyəti may ayının sonunadək qoşunları silahlı münaqişənin başlanmasından əvvəl tutduqları mövqelərə geri çəkmək barədə razılığa gəliblər.
Bu barədə “Report” xarici KİV-lərə istinadən məlumat verir.
"Qoşunlar may ayının sonuna qədər münaqişədən əvvəl tutduqları mövqelərə çıxarılacaq", - Pakistan Təhlükəsizlik Xidmətinin adı açıqlanmayan nümayəndəsi bildirib.