Vaşinqton və Kiyev bu həftə sonu ABŞ-də, ehtimal ki, Mayamidə növbəti danışıqlar raundu keçirə bilərlər.
"Report"un məlumatına görə, bu barədə Axios ABŞ rəsmisinə istinadən xəbər verib.
Qeyd olunub ki, danışıqlarda hər iki ölkədən işçi qruplarının və hərbi personalın iştirakı gözlənilir.
Dekabrın 15-i günortadan sonra Berlində Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkov və ABŞ liderinin kürəkəni Cared Kuşner arasında danışıqların ikinci mərhələsi baş tutub.
İlk görüş bir gün əvvəl olub və beş saatdan çox davam edib.