Bakı. 25 iyul. REPORT.AZ/ Misir prezidenti Əbdül Fəttah əs-Sisinin Ərəb Liqasının sammitində iştirak məqsədilə Mavritaniyaya səfəri ləğv edilib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, buna səbəb prezidentin həyatına sui-qəsd ediləcəyi ilə bağlı informasiyanın əldə olunmasıdır.
Bu, bir sıra terror təşkilatları tərəfindən Misir dövlət başçısına qarşı hazırlanan ilk sui-qəsd cəhdi deyil.
Qeyd edək ki, Ərəb Liqasının sayca 27-ci sammiti bu gün Mavritaniyanın paytaxtı Nuakşotda açılıb. Sammitdə Misiri baş nazir Şerif İsmayıl təmsil edəcək.