Keniyada ağır yol qəzasında azı 14 nəfər ölüb

Keniyanın şimal-qərbində ağır yol qəzasında azı 14 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Keniyanın “Nation” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, fevralın 4-ü axşam saatlarında insanları daşıyan yük avtomobilinin sürücüsü yolda olan dəvə ilə toqquşmaqdan yayınmaq istəyərkən nəqliyyat vasitəsini aşırıb.

Hadisə nəticəsində 12 nəfər xəsarət alıb, 14 nəfər isə ölüb.

Xəbər lenti