Kazanda kafedə kütləvi zəhərlənmədən sonra 23 nəfər xəstəxanaya yerləşdirilib

Tatarıstanın istintaq orqanları Kazanda "Nan Кebab" kafesinin müştərilərinin kütləvi zəhərlənməsindən sonra cinayət işi açıb.

"Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Tatarıstan üzrə İdarəsi məlumat yayıb.

İş istehlakçıların həyat və sağlamlığının təhlükəsizliyi tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi faktı üzrə araşdırılır.

İstintaqın məlumatına görə, 30-dan çox müştərisi tibbi yardım üçün müraciət edib. 23 nəfər xəstəxanaya yerləşdirilib.

Müəyyən edilib ki, zərərçəkənlər müəssisədə şaurma, kabab və s. yeyiblər.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12