Kanadanın turizm naziri Çinə səfərini təxirə salıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Kanadanın turizm naziri Melani Joli gələn həftəyə nəzərdə tutulan Çin səfərini ləğv edib.

“Report” CTV-yə istinadən xəbər verir ki, o, dekabrın 17-20-də Kanada-Çin turizm ilinin başa çatmasına həsr olunan tədbirlərdə iştirak etməli idi. Lakin tərəflər mərasimi təxirə salmaq qərarına gəliblər.

Xatırladaq ki, dekabrın 1-də Vankuverdə Çinin “Huawei” şirkətinin maliyyə direktoru Menq Vuanjou Nyu-York Şərq Dairə Prokurorluğunun ekstradisiya sorğusu əsasında saxlanılmışdı. Çinli xanım iş adamına qarşı ABŞ-ın İrana qarşı sanksiyalarını pozduğuna görə ittiham irəli sürülüb. Dekabrın 11-də isə Vankuver məhkəməsi onu girov müqabilində azad edib.

Çin hökuməti isə həftə ərzində Kanadanın iki vətəndaşını milli təhlükəsizliyə qarşı fəaliyyətdə təqsirləndirərək saxlayıb.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12