Kanadada Çinə casusluq edən şəxs saxlanılıb

Kanadanın Kvebek əyalətində polis yerli “Hydro-Quebec” enerji şirkətinin əməkdaşını Çinin xeyrinə casusluq ittihamı ilə saxlayıb.

“Report” xəbər verir ki, bu barədə Kanadanın federal hüquq-mühafizə orqanlarının məlumatında deyilir.

Artıq saxlanılan 35 yaşlı Yuşen Vana qarşı ittiham irəli sürülüb. Qeyd olunub ki, istintaq 2022-ci ilin avqustunda hüquq-mühafizə orqanları “Hydro-Quebec”in korporativ təhlükəsizlik departamentindən şikayət aldıqdan sonra başlayıb.

Belə ki, Van rəsmi mövqeyindən istifadə edərək məxfi məlumatları əldə edib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10