Kamçatkada 5,9 bal gücündə zəlzələ olub

Bakı. 7 yanvar. REPORT.AZ/ Sakit okeanın Kamçatka sahillərində 5,9 bal gücündə zəlzələ olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının saytında bildirilir.

Zəlzələnin episentri Nikolsk kəndindən (Berinq və Komandor adaları) 28 kilometr və Petropavlovsk-Kamçatkadan 510 kilometr məsafədə yerləşib. Zəlzələ ocağı 33 kilometr dərinlikdə olub.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Digər xəbərlər