Kaliforniyada atışma nəticəsində 5 nəfər ölüb

ABŞ Kaliforniya ştatında barda baş verən atışma nəticəsində 5 nəfər ölüb.

“Report” xəbər verir ki, Trabuko Kanyon şəhərində qeydə alınan silahlı insident zamanı güllə yarası alan 6 nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, atəşi açan şəxs hüquq-mühafizə orqanının təqaüddə olan əməkdaşıdır. Atışma məişət münaqişəsi zəminində başlayıb.

Digər xəbərlər

FIFA: UEFA İnfantinonu təqib edir 29 sentyabr, 2026 / 11:25