Ukrayna hərbçiləri artıq bir neçə gündür ölkə üzərində "Starshield" peyk sisteminin iş sürətinin sistemli şəkildə məhdudlaşdırılmasını qeydə alırlar, bu isə Rusiyanın reaktiv pilotsuz uçuş aparatlarının ələ keçirilməsini çətinləşdirir.
"Report" xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Onun sözlərinə görə, nasazlıqlar bütün cəbhə xətti boyunca və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində müşahidə olunur. Söhbət sürətin 161 km/saat (saatda 100 mil) səviyyəsində məhdudlaşdırılmasından gedir.
Xəbər yenilənir