Qazaxıstanda "Samruk-Kazına" və "Qazaxıstan Dəmir Yolları"nın rəhbərləri saxlanılıb

Qazaxıstanda "Samruk-Kazına" fondunun İdarə Heyətinin sədri Nurlan Jakupov və "Qazaxıstan Dəmir Yolları" milli dəmir yolu şirkətinin rəhbəri Eljas Otınşiyev saxlanılıblar.

"Report"un Qazaxıstan bürosunun respublikanın Milli Təhlükəsizlik Komitəsinə istinadən verdiyi məlumata görə, saxlama əməliyyatını noyabrın 11-də Komitənin Korrupsiyaya qarşı Mübarizə Xidmətinin əməkdaşları həyata keçiriblər.

Hər iki təşkilatın rəhbərləri ilə birlikdə korrupsiya cinayəti törətməkdə şübhəli bilinən digər şəxslər də saxlanılıb.

Qurumun məlumatına görə, hazırda işin bütün hallarının müəyyən edilməsinə yönəlmiş istintaq hərəkətləri aparılır.

Qeyd edilib ki, dövlət başçısının tapşırıqlarının icrası və korrupsiyaya qarşı mübarizə işi davam etdirilir.

Ehtimal olunan korrupsiya cinayətinin konkret halları və işin digər təfərrüatları hələ ki, açıqlanmır.

Digər xəbərlər