Manheymin (Almaniya) mərkəzində atışma baş verib, nəticədə bir nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə yerli media polisə istinadən məlumat yayıb.
Bildirilib ki, axşam saatlarında şəhərin mərkəzindəki kafelərin birində mübahisə baş verib. Münaqişə zamanı iştirakçılardan biri atəş açıb. Nəticədə iki nəfər yaralanıb, onlardan biri ölüb.
Şübhəli bilinən şəxs hadisə yerindən qaçaraq gizlənib.
Əməliyyat nəticəsində polis həmin şəxsi aşkar edib və onun saxlanılması zamanı atəş açmalı olub.