Kabildə kamikadze NATO-nun hərbi texnika karvanına hücum edib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabilin hökumət binaları yerləşən Əfşar rayonu ərazisində partlayış baş verib.

"Report" "Tolo News"a istinadən xəbər verir ki, terrorçu-kamikadze NATO-nun hərbi texnika karvanı yaxınlığında özünü partladıb.

"Terror Events" nəşrinin məlumatına görə, texnika karvanı Danimarka Silahlı Qüvvələrinə məxsus olub.

Digər xəbərlər