İtaliyada avtobusun qəzaya uğraması nəticəsində 15 nəfər xəsarət alıb

İtaliyanın şimalında elektriklə işləyən avtobus yolun digər tərəfindəki binaya çırpılıb, sürücü və daha 14 nəfər yüngül xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın xilasetmə xidmətləri “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

"İctimai nəqliyyata məxsus elektrik avtobusu idarəetməni itirdikdən sonra yolun digər tərəfindəki binanın dayağına çırpılıb. Sürücü yaralanıb, 14 sərnişin yaralanıb", - paylaşımda deyilir.

Digər xəbərlər