İtaliyada 5,1 maqnitudada zəlzələ baş verib

İtaliyanın cənubunda 5,1 maqnitudada zəlzələ baş verib.

“Report”un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 8 min əhalisi olan Lonqobukko kommunasından 2,5 km cənub-şərqdə, zəlzələ ocağı 18 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.

Digər xəbərlər