İsveç Ukraynaya görə beş ölkəyə yardımı dayandıracaq

İsveç beş ölkəyə inkişaf məqsədli maliyyə yardımını tədricən dayandıracaq və bu vəsaitləri Ukraynanın dəstəklənməsinə yönəldəcək.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu İsveçin beynəlxalq əməkdaşlıq və xarici ticarət naziri Benjamin Dusa deyib.

Nazirin sözlərinə görə, Zimbabve, Tanzaniya, Mozambik, Liberiya və Boliviyaya yardım tədricən dayandırılacaq.

"Ukrayna İsveçin xarici və yardım siyasətində ən vacib prioritetdir. Buna görə də hökumət 2026-cı ildə Ukraynaya dəstəyi ən azı 10 milyard İsveç kronuna (1 milyard dollardan çox) qədər artırmağı planlaşdırır", - B.Dusa qeyd edib.

Digər xəbərlər