İsrailin müdafiə naziri növbəti dəfə HƏMAS-a xəbərdarlıq edib: "Ya təslim olun, ya da ölün!"

İsrailin müdafiə naziri Yoav Qallant növbəti dəfə HƏMAS-a xəbərdarlıq edib.

“Report” xəbər verir ki, o, İsrailin HƏMAS-ı tamamilə məhv edəcək qədər raketlərinin olduğunu bildirib: “Bu raketlər hər bir HƏMAS üzvünə çata bilər. Onların iki yolu var: ya öz mövqelərində ölmək, ya da qeyd-şərtsiz təslim olmaq”.

Nazir deyib ki, HƏMAS üçün üçüncü variant yoxdur.

Y.Qallant bu açıqlamanı F-35 qırıcı təyyarələrinin fonunda verib.

Qeyd edək ki, HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1 400-ə çatıb, 4 4229 adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb.

Digər xəbərlər

Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28