İsrailin Baş naziri Benyamin Netanyahunu Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında fitə basıblar.
"Report"un məlumatına görə, sessiya iştirakçılarının bir çoxu İsrailin Yaxın Şərqdəki əməllərinə etiraz əlaməti olaraq onun çıxışından əvvəl zalı tərk ediblər.
Buna baxmayaraq, o çıxışını davam etdirib.
İsrailin Baş naziri HƏMAS-dan Qəzzada müharibənin dayandırılması müqabilində silahları təhvil verməyi və girovları azad etməyi tələb edib.
Onun sözlərinə görə, İsrail İranın malik olduğu bütün zənginləşdirilmiş uran ehtiyatlarının məhv edilməsində israrlıdır.