İsrail HƏMAS yaraqlıları tərəfindən qaçırılan 30-40 nəfərin, o cümlədən qadınlar, qocalar və xroniki xəstəlikləri olanların Qəzza zolağında “mərhələli” humanitar fasilələr müqabilində azad edilməsi çağırışları üzərində işləyir.
“Report” xəbər verir ki, bu məlumatla İsrailin 12-ci televiziya kanalı çıxış edib.
Telekanal mənbəyə istinadən qeyd edib ki, İsrail oğurlananları qaytarmaq üçün yüksək qiymət ödəməyə hazırdır:
“Sövdələşmə, əgər baş verərsə, mürəkkəb olacaq və yüksək qiymət tələb edəcək. Bu, hələ çox uzaqdır və uğur qazanacağı fakt deyil, amma hər halda, top vasitəçilərin əlindədir”.