İsrail ordusunun Qəzzada itkiləri 113 nəfərə çatıb

Qəzza zolağında HƏMAS hərəkatı ilə döyüşlər zamanı İsrail Müdafiə Ordusunun daha 8 hərbçisi ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Daha 3 hərbçinin ağır yaralandığı bildirilib. İsrail Müdafiə Ordusunun noyabrın sonunda Qəzza zolağında HƏMAS-a qarşı başladığı quru əməliyyatından bəri itkiləri 113-ə çatıb, daha 550 hərbçi yaralanıb.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43