Son sutka ərzində İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın təxminən 100 hədəfinə zərbə endirib.
"Report" xəbər verir ki, bu barədə İsrail KİV-i ölkə Ordusunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Hədəflər arasında tunellər, silah anbarları və HƏMAS tərəfindən istifadə olunan digər infrastruktur olub.
HƏMAS-ın nümayəndələri isə bildiriblər ki, son 24 saat ərzində İsrail zərbələri nəticəsində Qəzza zolağında azı 34 nəfər ölüb.