İsrail nümayəndələri Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək Yaxın Şərq Sülh Sammitinə qatılmayacaq.
"Report"un məlumatına görə, bu barədə jurnalistlərə İsrail hökumətinin nümayəndəsi Şoş Bedrosyan bildirib.
"İsrailin heç bir nümayəndəsi sammitdə iştirak etməyəcək", - o deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın təklif etdiyi sülh planına uyğun olaraq, oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəsin müzakirəsi üçün Yaxın Şərq Sülh Sammiti keçiriləcək.