Dublin-Roma reysi ilə uçan təyyarə bomba barədə daxil olan məlumatdan sonra Normandiyadakı Evryo aviabazasına yönləndirilib.
"Report" xəbər verir ki, bu barədə Fransa mediası ölkənin Baş naziri Sebastyan Lekornyunun dəftərxanasına istinadən məlumat yayıb.
"Dublin-Roma reysini həyata keçirən "A320" sərnişin təyyarəsi bomba barədə məlumata görə Normandiyadakı Evryo aviabazasına yönləndirilib", - məlumatda bildirilib.
Digər təfərrüatlar açıqlanmayıb.
Yerli media, təyyarənin Parisdən cənubda, Essonda geri döndüyünü yazıb. Sonra o, bir neçə dəfə Şartr ətrafında dövrə vurub, daha sonra şimala, Evryo istiqamətinə yönəlib. Təyyarə Fransa qırıcısının müşayiəti ilə aviabazaya eniş edib.