İsrail HƏMAS ilə razılaşma çərçivəsində 39 fələstinli məhbusu azad edəcək

İsrail Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə humanitar atəşkəs razılaşması çərçivəsində noyabrın 26-da 39 fələstinli məhbusu azad etməyi planlaşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.

“Öhdəlikləri yerinə yetirərək, Qəzzada saxlanılan 13 israillinin azad edilməsi müqabilində 39 mülki fələstinli bu gün azad ediləcək”, - o bildirib.

Qətərin qurumu açıqlayıb ki, Fələstin qrupu daha əvvəl İsrail tərəfi ilə barışıq razılaşması xaricində üç Tailand və bir Rusiya vətəndaşını azad edib.

Digər xəbərlər