İsrail hərbçiləri BMT sülhməramlılarının olduğu ərazinin yaxınlığına bir neçə qumbara atıb

İsrail Müdafiə Ordusu (IDF) sülhməramlıların İsrail-Livan sərhədi boyunca öz mövqelərinə çatmaq üçün yol maneələrini keçməyə çalışdığı əraziyə bir neçə qumbara atıb.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Livandakı Müvəqqəti Qüvvələri "X" hesabında yazıb.

Qeyd olunub ki, PUA vasitəsilə atılan qumbaralardan biri sülhməramlılardan 20 metr, digər üçü isə təxminən 100 metr aralıda yerə düşüb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10