İspaniyanın "Yaxın Şərqdəki vəziyyətin nizamlanması üzrə beynəlxalq sülh konfransı" ideyası müxtəlif ölkələrdən çoxsaylı dəstək alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə krallığın xarici işlər naziri Xose Manuel Albares bildirib.
“Biz "beynəlxalq sülh konfransı" ideyasını irəli sürdük. Artıq Avropa İttifaqı Şurasından və Ərəb Dövlətləri Liqasından dəstək almışıq”, - o vurğulayıb.