İspaniyada binanın uçması nəticəsində 4 nəfər ölüb

İspaniyada ikimərtəbəli binanın uçması nəticəsində 4 nəfər ölüb, 21 nəfər yaralanıb.

“Report” bu barədə BBC telekanalına istinadən xəbər verir.

Qeyd olunub ki, Palma-de-Malyorki şəhərində qeydə alınan hadisədə 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Binanın hansı səbəbdən uçduğu məlum deyil. Hadisə yerində xilasedicilər işləyir.

Digər xəbərlər

Bessent: ABŞ NATO-da qalacaq 18 yanvar, 2026 / 22:03