İran və ABŞ nümayəndə heyətləri aprelin 19-da Romada keçirilmiş nüvə sazişi üzrə ikinci birbaşa olmayan məşvərət raundunu başa çatdırdılar.
“Report” xəbər verir ki, bu barədə IRIB məlumat yayıb.
Qeyd olunub ki, məsləhətləşmələr “planlaşdırıldığı kimi” başa çatıb.
“Hər şey onu göstərir ki, ikinci raund da konstruktiv şəraitdə keçib”, – məlumatda deyilib.