İordaniya hakimiyyəti Misirlə sərhəddə yerləşən “Rəfah” keçid məntəqəsi vasitəsilə vətəndaşlarının Qəzza zolağından təxliyəsinə başlayıb.
“Report” xəbər verir ki, bu barədə İordaniya Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, bu prosesi sürətləndirmək məqsədilə vətəndaşların təxliyəsi Misir hakimiyyəti ilə əlaqəli şəkildə həyata keçiriləcək.