İndoneziyada torpaq sürüşməsi nəticəsində 3 nəfər ölüb, 20 nəfər itkin düşüb

İndoneziyada güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində ən azı 3 nəfər həlak olub, 20 nəfər itkin düşüb.

"Report" xəbər verir ki, bu barədə "Jakarta Globe" nəşri fövqəladə hallar üzrə xidmətin nümayəndəsinə istinadən bildirib.

Təbii fəlakətdən ən çox Çilakap əyaləti zərər çəkib. Bir neçə ev zədələnib. Bu bölgədə noyabrın sonunadək fövqəladə vəziyyət elan edilib.

Digər xəbərlər

Ronaldu Trampa zəng edib 07 dekabr, 2025 / 00:46