İndoneziyada 5,5 maqnitudalı zəlzələ olub

İndoneziyanın Sumatra adasının qərb sahillərində 5,5 maqnitudalı zəlzələ baş verib.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniya Yer Elmləri Araşdırma Mərkəzi (GFZ) məlumat yayıb.

Dağıntılar, xəsarət alanlar və infrastruktura dəyən ziyan barədə hələlik məlumat verilmir.

Digər xəbərlər

Bolqarıstan hökuməti istefa verib 11 dekabr, 2025 / 16:39