İtaliyanın neft emalı zavodunda güclü partlayış baş verib - VİDEO

Bakı. 2 dekabr. REPORT.AZ/ İtaliyanın Paviya əyalətində yerləşən neft emalı zavodunda (NEZ) yanğınla nəticələnən güclü partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə yerli "La Stampa" qəzeti məlumat yayıb.

İnsident nəticəsində böyük ziyan dəyib, zərərçəkən olmayıb.

Qəza "ENI" şirkətinin Sannadzaro-de-Burqondi (Lombardiya) şəhərində yerləşən müəssisəsində baş verib. O, ölkənin ən iri NEZ-dir.

Yanğının söndürülməsi üçün hadisə yerinə onlarla yanğınsöndürən maşın cəlb olunub.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12